Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

Petlim” konteyner limanının ikinci mərhələsi iyunda istifadəyə verilə

SOCAR-ın sərmayə qoyduğu “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 milyon TEU konteyner saxlama gücünə malik terminalının ikinci mərhələsi bu ilin iyununda istifadəyə veriləcək. Bunu “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, konteyner limanının birinci fazası artıq bitib. Hazırda 7-9 min konteyner yeri olan gəmilər limana yan alır. Limanın ikinci mərhələsi isə iyun ayında yekunlaşacaq və “Petlim” həmin regionun ən böyük limanı olacaq. Bundan sonra isə liman 18 min konteyner yeri olan gəmiləri qəbul edəcək. Qeyd edək ki, İzmirin Əliağa rayonundakı liman iki mərhələdən ibarətdir və 380 milyon dollara başa gələcək. “Petlim” Egey dənizi hövzəsində ən iritutumlu limandır. Bu, hər konteynerə görə 200-250 dollar əlverişli xərci təmin edir. Birinci mərhələ üzrə həftənin 5 günü xidmət göstərilir. SOCAR-ın Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi STEAŞ-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır