Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

aynada “Cənub-Qərb” beynəlxalq marşrut xəttinin inkişafına dair konfrans keçir

Ukraynanın Odessa şəhərində “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclası keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran, Gürcüstan, Ukrayna, eləcə də Polşa dəmir yollarının nümayəndə heyəti iştirak edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Eyni zamanda, “Cənub-Qərb” marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən müzakirə olunub. Müzakirələrdən sonra qərara alınıb ki, Hindistan-Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək “Cənub-Qərb” nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları daha da genişləndirilsin. Həmçinin bu marşrut üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin tətbiq edilməsi məsələsi araşdırılsın. Marşrut layihəsi Hindistandan, Fars körfəzi ölkələrindən, İran, Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa vasitəsilə konteyner yükünün Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə nəqlini nəzərdə tutur. İclas iştirakçıları “Azərbaycan Dəmir Yolları” QSC-nin hazırladığı “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin Müddəası layihəsini təsdiq ediblər. Xatırladaq ki, Cənub-Qərb marşrutu Slavkuv-Paromnaya (1364 km), Paromnaya-Batumi (1050 km), Batumi-Bakı-Astara (982 km), Astara-Bəndər-Abbas (1915 km) məsafədən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır