Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-12,
Seanews
Heyder Eliyev

miçiliyin elektron bilet xidmətindən istifadə rahat və sərfəl

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC müştəriləri elektron bilet xidmətindən istifadəyə dəvət edir. 2016-cı ilin sentyabrından tətbiq olunan e-bilet xidmətindən yararlanmaqla Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillər və sərnişin daşımaq mümkündür.  Elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilir. Üstəlik, bu xidmət daha güvənli və sərfəlidir. Müştəri hər hansı vasitəçiyə müraciət edib əlavə pul ödəmək məcburiyyətində deyil. Bu sistem istifadəçi üçün vaxta qənaət etmək baxımından da çox əlverişlidir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Xatırladaq ki, xidmətdən yararlanmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. https://public.acsc.az/online/payment/index/az/


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır