Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

bir ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 44,6 faiz ar

2017-ci ilin yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7466,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artıb. Yüklərin 48,6 faizini neft yükləri təşkil edib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 9591,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 9096,8 min tonunu və ya 94,8 faizini tranzit mallar təşkil edib. 2017-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 217,3 min ton idxal yükləri olub. Sözügedən dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,6 faiz azalaraq 15,9 min nəfər olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır