Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dörd şirkət italiyanın “Exxon LNG” dəniz terminalında pay almaq istəyir

Dörd beynəlxalq qrup “Exxon Mobil Corp”-un LNG aktivində nəzarət səhm paketini əldə etmək üçün tenderdə iştirak edir.

“Reuters” xəbər verir ki, iştirakçılar İtaliya sahillərində yerləşən “Adriatic LNG” mayeləşdirilmiş təbii qaz terminalında paya sahib olmaq istəyirlər.

Onların fikrincə, “Adriatic LNG”-də bütün payı təqribən 881 milyon dollara əldə etmək olar. Mart ayında Amerikanın “Exxon” qrupu İtaliyanın əsas yenidən qazlaşdırma terminalının nəzarət paketini satmağı planlaşdırdığını açıqlamışdı. Sövdələşmə şirkətin əsas olmayan aktivlərinin satışı üzrə genişmiqyaslı strategiyasının bir hissəsi kimi baş tutacaq.

Əməliyyat “Rothschild & Co” tərəfindən tövsiyə olunur. Bir sıra infrastruktur fondları və beynəlxalq qruplar aktivin alınmasına maraq göstərib. Buna səbəb İtaliyanın Rusiyadan boru kəməri ilə əvvəllər aldığı qazın həcmindəki çatışmazlığı qismən əvəz etmək üçün LNG idxalını artırmağı planlaşdırmasıdır.

LNG terminalı “Exxon”-in törəmə şirkəti “ExxonMobil Italiana Gas” (70,7%), “QatarEnergy” törəməsi “Qatar Terminal Company Limited” (22%) və İtaliyanın qaz ötürücü şəbəkə operatoru “Snam”-a (7,3%) məxsusdur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır