Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-07,
Seanews
Heyder Eliyev

Babək” strukturunda ilk qaz hasilatına 2024-2025-ci illərdə başlanması planlaşdırı

“Babək” perspektiv strukturunda ilk qaz hasilatına 2024-2025-ci illərdə başlanması planlaşdırılır”. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib. “Bu, qonşu “Ümid” yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. “Ümid” yatağının davamı kimi bitişik dörd tərəfdən qapalı qaz-kondensat yatağının perspektiv strukturu aşkarlanıb”, – deyə şirkət rəsmisi bildirib. “Hazırda SOCAR-ın Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən ilk kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri görülür. Burada dənizin dərinliyi 180 metrdən 800 metrə qədərdir”, – deyə B.Hüseynov vurğulayıb. Onun sözlərinə görə, əgər qaz-kondensat yatağı aşkar olunarsa, ilk olaraq 180 metr dərinlikdə bir platforma qoyub, ehtiyatların 3-4 quyu vasitəsilə ilkin işlənməsinə başlamaq mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır