Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-09-25,
Seanews
Heyder Eliyev

“HMM”-i almaq istəyən şirkətə konteyner terminalı layihəsi üçün 280 milyon dollar vəsait ayrılıb

“HMM”-in alınmasına iddiaçı Cənubi Koreyanın dəniz məhsulları və logistika şirkəti “Dongwon Group” Busan limanında konteyner terminalı layihəsi üçün dövlət tərəfindən idarə olunan Koreya İnkişaf Bankından 280 milyon dollar maliyyə alıb.

“Seanews.az” xəbər verir ki, vəsait 2024-cü ilin birinci yarısında istifadəyə verildikdən sonra Cənubi Koreyada ilk tam avtomatlaşdırılmış terminal olacaq “West Container Terminal”-ın inkişafına sərf olunacaq.

Ötürmə qabiliyyəti ildə 1 milyon TEU olan terminalın idarəedilməsi 2021-ci ilin yayında “Dongwon”-un nəzarətinə keçib.

İlkin olaraq terminalın istifadəyə verilməsi 2023-cü ilin oktyabrında nəzərdə tutulmuşdu, lakin avtomatlaşdırılmış ACV-lərin idarə edilməsi üçün əməliyyat sisteminin işlənib hazırlanmasında gecikmələr olduğu üçün açılışı təxirə salınıb.

Niderlandın AGV istehsalçısı “VDL Groep” və Cənubi Koreyanın maşınqayırma şirkəti “Hyundai Rotem” 8 AGV qurğusu tədarük edib, “West Container Terminal”-ın tikintisi başa çatdıqdan sonra bir neçə ay ərzində sınaqdan keçiriləcək. ACV-lərin yaxşı işlədiyi təsdiqlənən kimi terminal açılacaq.

Hazırkı mərhələdə 9 yanalma kranı və 46 digər kran quraşdırılıb, növbəti mərhələdə isə 6 yanalma kranı və 34 digər kran quraşdırılacaq.

Kranlar “Hyundai Samho Heavy Industries”, “HJ Shipbuilding & Construction” və “Doosan Heavy Industries” şirkətləri tərəfindən istehsal olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır