Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Hyuston limanında konteynerlərin aşırılması artıb

Hyuston limanında (Texas, ABŞ) 2024-cü ilin yanvar-mayda konteynerlərin aşırılması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 1,76 milyon TEU təşkil edib. Mayda liman terminalları 364,9 min TEU aşırıb. Bu da əvvəlki ilin may ayı ilə müqayisədə 21% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, qlobal təchizat zəncirində davam edən fasilələrə baxmayaraq, Hyuston limanında yüklərin həcmi azalmır. Artıq iki ildir ki, limanda yeni anbar sahələrinin və paylama mərkəzlərinin tikintisi davam edir. İdxal olunan yüklərin həcminin artmasına yerli əhali arasında istehlak mallarına olan sabit tələbat təsir göstərir. May ayında idxal olunan yüklərin həcmi 2023-cü illə müqayisədə 18% artıb. Texas ştatında hasilatın artması yüklənmiş ixrac konteynerlərinin işlənməsinin artımını təmin edib: yanvar-may aylarında - 15% (655,1 min TEU), may ayında - 21% (131,7 min TEU).

May ayında “OOCL Bremerhaven” konteyner gəmisi ilk dəfə Hyuston limanındakı Bayport Konteyner Terminalına yan alıb. Gəmi ilk səfərini “Ocean Alliance” konteyner xidmətində (ATG1/Victory Bridge) həyata keçirib. Bu xidmət üzrə gəmilər Meksikanın Veracruz (4 gün) və Altamira (2 gün) limanlarından gətirilən yükləri daşıyır. Hyustondan sonra “Ocean Alliance” gəmiləri Meksikaya qayıtmazdan əvvəl Avropanın Havr, Antverpen, Rotterdam və Bremerhaven limanlarına yüklər çatdırır.

Liman administrasiyası əmin edir ki, bu ilin sonuna qədər “NeoPanamax” ölçüsündə (15 min TEU) konteyner gəmiləri Bayport terminalına yan ala biləcək. Kanalının genişləndirilməsi layihəsi hazırda tam sürətlə davam edir.

İlin əvvəlindən liman kompleksinin bütün terminallarının ümumi yük dövriyyəsi 2023-cü illə müqayisədə 6% artaraq 22,4 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır