anda böyük konteyner gəmilərinin toqquşması ciddi ziyana səbəb
Cənubi Koreyanın Busan limanında “Safmarine Nokwanda” və “Tianjin” konteyner daşıyan gəmiləri toqquşub. “Seanews.az” xəbər verir ki, hadisə “Safmarine Nokwanda”-nın limana yanalma əməliyyatı zaman baş verib. Yükgötürmə qabiliyyəti 45 min TEU olan gəmi, 10 min TEU-luq “Tianjin” gəmisinə çırpılıb. “Tianjin”-ə ciddi zərər dəyib, bir neçə konteyner dənizə düşüb. “Safmarine Nokwanda”-nın isə burun hissəsi zədələnib. Hadisə zamanı ölən və yaralanan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır