Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-21,
Seanews
Heyder Eliyev

Çində dünyanın ən böyük gəmiqayırma qrupu yaradılıb

Çində dünyanın ən böyük gəmiqayırma qrupu – “China Shipbuilding Group” yaradılıb.

Bu barədə CCTV məlumat verib.

“China Shipbuilding Group” qrupu ötən ay Çinin iki ən böyük gəmiqayırma korporasiyasının (“China Shipbuilding Industry Corp.” və “China State Shipbuilding Corp.”) birləşməsindən sonra yaradılıb.

Gəmi istehsalçısı təyyarə daşıyıcılarından tutmuş kommersiya şirkətləri üçün neft, qaz və konteynerlər daşımaları üçün gəmilər istehsal edir.

Qeyd edək ki, Çinin gəmiqayırma sənayesi Cənubi Koreya və Yaponiyanın sənayesi ilə rəqabət aparır.

Çin artan borcun öhdəsindən gəlmək və müəssisələrin gəlirliliyini artırmaq üçün birləşmə və aktivlərin yenidən qurulması yolu ilə ictimai sektorunu optimallaşdırmağa çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır