Avstraliyanın 45 milyard dollarlıq Hind-Sakit okean sərmayəsi sualtı qayıqlarla gücləndirilir
Avstraliya 2024-2029-cu illərdə 45 milyard dollardan çox investisiya ilə müdafiə imkanlarını genişləndirməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, “Global Data” tərəfindən dərc edilən “Avstraliya Müdafiə Bazarı 2024-2029” hesabatına görə, Hind-Sakit okean regionunda artan təhlükəsizlik təhdidlərinin qarşısının alınması zərurəti səbəbindən ölkənin müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artması nəzərə çarpır.
Avstraliyanın müdafiə strategiyasının mərkəzində 2021-ci ilin sentyabrında ABŞ və Böyük Britaniya ilə imzalanmış üçtərəfli təhlükəsizlik paktı “AUKUS” dayanır.
Avstraliyanın “AUKUS” çərçivəsində nüvə enerjisi ilə işləyən sualtı qayıqların inkişafına 21,6 milyard dollar sərmayə qoyacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır