Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Uzmar” tərsanəsi “Svitzer” üçün akkumulyator və metanolla işləyən yedək gəmisi inşa edəcək

“Svitzer” bunker xidmətləri təminatçısı Türkiyənin “Uzmar” tərsanəsinə akkumulyator və metanolla işləyəcək innovativ yedək gəmisinin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, “Svitzer”-in mətbuat xidmətinin məlumatında belə deyilir. 

Gəmi Kanadanın “Robert Allan” konstruktor bürosu tərəfindən “Svitzer”-in tələblərinə uyğun işlənmiş “Transverse” seriyası layihəsi əsasında tikiləcək. Yedək gəmisi 6 MVt/saat gücü olan akkumulyatorlar və kruiz məsafəsini artırmaq üçün ehtiyat iki yanacaqlı metanol mühərrikləri ilə təchiz ediləcək.

Yedək gəmisinin uzunluğu 34,9 metr, ümumi tutumu 806 ton, dartma gücü 85 ton, istismar sürəti 14 düyün olacaq.

Yedək gəmisi 2025-ci ilin ikinci yarısında sifarişçiyə təhvil veriləcək. O, Göteborq limanına yan alan gəmilərə xidmət göstərəcək.

“Svitzer” şirkətində düşünürlər ki, yedək gəmisi elektrik batareyalarından istifadə etməklə müşayiət və manevr əməliyyatlarının 90%-dən çoxunu yerinə yetirəcək. Ümumilikdə “Svitzer”-in Göteborq limanındakı işinin 25%-ni bu gəmi yerinə yetirəcək.

Qeyd edək ki, “Svitzer” şirkəti 1833-cü ildə yaradılıb və Danimarkanın “Maersk” qrupuna daxildir. Bütün dünyada fəaliyyət göstərən bu aparıcı beynəlxalq şirkətin donanması 450-dən çox gəmidən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır