Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çinin iki böyük gəmiqayırma şirkəti birləşir

Çinin “China CSSC Holdings” və “China Shipbuilding Industry” (“CSICL”) şirkətləri birləşir.

“Seanews.az”  xəbər verir ki, bu birləşmə nəticəsində yaranacaq yeni müəssisə Çinin ən yaxın rəqibi olan Cənubi Koreyanın “Hyundai Heavy Industries” şirkətindən demək olar ki, iki dəfə böyük olacaq. Yeni nəhəng tərsanəsinin illik ümumi satışı 122 milyard yuan (17 milyard dollardan çox) olacaq.

Müqayisə üçün bildirək ki, Rusiyanın ən böyük gəmiqayırma şirkəti olan Birləşmiş Gəmiqayırma Korporasiyasının illik gəliri demək olar ki, 500 milyard rubl (təxminən 5,5 milyard dollar) təşkil edir.

Yeni korporasiya müxtəlif gəmilər - hərbi (təyyarədaşıyan gəmilər), kommersiya gəmiləri (konteyner gəmiləri, nəhəng neft tankerləri və hətta sərnişin laynerləri) inşa edə biləcək.

“Free Press”-in yazdığına görə, hər iki gəmiqayırma zavodu “China State Shipbuilding Corp”-un törəmə müəssisələridir və birlikdə dünya bazarında gəmiqayırma sifarişlərinin üçdə birindən çoxuna nəzarət edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır