Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

Logistika şirkətləri ağır və xüsusi yüklərin daşınmasında yeni Avropa lideri yaratmağı planlaşdırırlar

İki uğurlu Avropa logistika şirkəti aktivlərini birləşdirir. “Universal Transport”-un “Gruber Logistics”-ə inteqrasiyası nəticəsində ağır layihə və ixtisaslaşdırılmış yükdaşıma bazarında yeni Avropa logistika operatoru peyda olacaq ki, o da yaxın illərdə ümumavropa logistika bazarında aparıcı oyunçuya çevriləcək.

“Seanews.az” istinadən xəbər verir ki, Cənubi Tiroldan (İtaliya) “Gruber Logistics” və Şimali Reyn-Vestfaliyadan (Almaniya) “Universal Transport” şirkətləri gələcək üçün birgə proqram müəyyən ediblər. Yoxlama başa çatdıqdan və Almaniyanın antiinhisar orqanlarından icazə alındıqdan sonra -  2022-ci il sentyabrın 19-da sövdələşmənin rəsmi bağlanması mərasimi baş tutub.

“Universal Transport”-un “Gruber Logistics”-ə inteqrasiyası vasitəsilə iki uğurlu logistika şirkətinin birləşməsi beynəlmiləlləşmə və biznesin inkişafı yolunda növbəti addım olacaq. Müqaviləyə əsasən, hər iki şirkətin mövcud idarəetmə qrupları birləşdiriləcək və gələcəkdə “Gruber Logistics”-in dörd nəfərdən ibarət idarə heyəti kimi fəaliyyət göstərəcək.

2,2 min işçisi və təxminən 650 milyon avro gəliri ilə inteqrasiya etdikdən sonra “Gruber Logistics” demək olar ki, ağır və ixtisaslaşmış nəqliyyat seqmentində Avropa logistika bazarının liderinə çevriləcək.

Son illərdə “Gruber Logistics”-in gəliri hər il təxminən 30% artaraq, Avropa bazarındakı orta göstəricini xeyli qabaqlamışdır.

1936-cı ildə qurulan “Gruber Logistics” qrupu hazırda Gruber ailəsinin üçüncü nəsli tərəfindən idarə olunur. Qrupun Avropa və Asiyada filialları var və müştərilərinə tam və qismən yüklərin daşınması üçün hərtərəfli xidmət təklif edir.

“Universal Transport” beynəlxalq nəqliyyat şirkətidir (qərargahı Paderborn, Almaniya). Ağır yük daşıyan logistika üçün 350 yük maşınından ibarət parka sahibdir. Şirkətin filialları Almaniya, Çexiya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Ukrayna, Türkiyə, Misir və Malayziyada yerləşir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır