Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-23,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” “ağıllı” freqatlar tikəcək

Cənubi Koreyanın Müdafiə Nazirliyi yerli “Hanwha Ocean” şirkətinə iki “FFX Batch-IV” sinif freqatının tikintisinə sifariş verib. Müqavilənin dəyəri 578,69 milyon dollardır. Freqatlar 2030-cu ilin dekabrına çatdırılmalıdır. Ümumilikdə altı belə gəminin inşası planlaşdırılır.

“Seanews.az” “Naval News”-a istinadən xəbər verir ki, onlar sələfləri “Batch-III”-in yükgötürmə qabiliyyəti və görünüşünü saxlasalar da, əslində onlar tamamilə yeni model - "ağıllı" freqatlar olacaq.

“Ağıllı gəmilər” 1980-ci illərdən istismarda olan “Ulsan” sinif freqatlarını əvəz edəcək.

Yeni gəmilər heyətin işinin səmərəliyini və yaşayış şəraitini yaxşılaşdırmaq üçün yüksək səviyyədə avtomatlaşdırmaya malikdir. Dronlardan qorumaq üçün gəmilər bütün vasitələrlə təchiz ediləcək. “Batch-III” ilə müqayisədə yeni gəmilər 4 müasir döyüş sistemi: gəmi əleyhinə raketlər, torpedo raketləri, qısa mənzilli raketlər və qanadlı raketlər daşıyacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır