Türkiyə “TCG Anadolu”nun inşasında 400 mln. avro qənaət edib
Türkiyə dünyanın ilk dron gəmisi “TCG Anadolu”nu yerli və milli imkanlarla inşa edərək 400 milyon avro qənaət edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir “A-Haber”ə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, “F-16”lar “Özgür” modernizasiya layihəsi çərçivəsində yerli AESA radarı ilə təchiz ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır