Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Benefisiarların “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil edilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim alan şəhid ailəsi üzvləri, əlilliyi olan uşaq və yeniyetmələr daxil olmaqla ümumilikdə 20 nəfərədək benefisiar üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyinə ekskursiya təşkil olunub. 

Ekskursiya iştirakçıları ölkəmizdə qədim tarixə malik dənizçilik ənənələri və gəmiçiliyin inkişafı ilə bağlı nadir eksponatlarla tanış olublar. Unikal quruluşa malik tanker-muzeydə Xəzərin tarixi, Abşeronda neft hasilatı, müxtəlif gəmi modellərinə dair məlumatlar benefisiarların marağına səbəb olub.

Ekskursiya qrupunun üzvləri əyləncə xarakterli müxtəlif interaktiv oyunlarda iştirak edərək, dənizçilərin həyat tərzi və gəmiçilik işinə dair bilgilər qazanıb.

Sonda iştirakçılara muzey eksponatları əsasında ASCO tərəfindən nəşr olunmuş “Dənizçilik əlifbası” kitabı hədiyyə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır