Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Evergreen Marine”nin prezidenti: "Yeni gəmilərin sifarişində tələsikliyə yol verilib"

“Evergreen Marine”nin prezidenti Erik Se 24 ədəd metanolla işləyən 16000 TEU tutumlu konteyner gəmilərinin son sifarişində hədsiz dərəcədə tələsikliyə yol verildiyini söyləyib. Çünki pandemiyadan sona daşıyıcılar artıq o qədər pul qazanmırlar. Onun proqnozlarına görə, tələb və təklif balanssızlığı davam edəcək və 2024 çətin il olacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə  “The Loadstar” nəşri yazıb.

"O, həmçinin bildirib ki, metanolla işləyən gəmilər heç də sıfır emissiya demək deyil və “Evergreen” hidrogeni gəmi yanacağı kimi nəzərdən keçirmək niyyətindədir", - “The Loadstar” nəşri yazır.

Tayvan daşıyıcısı hazırda 213 gəmini idarə edir və onların 61%-i şirkətə məxsusdur. “Evergreen” ümumi tutumu 441 min TEU olan 47 konteyner gəmisi sifariş edib. Eyni zamanda, sifariş edilmiş 16 000 tonluq gəmilər “Evergreen”-ə ən böyük xətlər sıralamasında “Hapag-Lloyd”u keçməyə imkan verib.

Erik Se həmçinin qeyd edib ki, şirkətin bu ilin 9 ayı ərzində gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60% azalaraq 6,4 milyard dollar təşkil edib və növbəti investisiyalar liman konteyner terminallarına yönəldiləcək.

“Evergreen” bu yaxınlarda Qaosyunda 7 nömrəli terminala, Rotterdamdakı “Euromax” terminalına və Əbu Qirdəki (Misir) terminala böyük investisiyalar qoyub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır