Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Ro-Ro hibrid yelkənli yük gəmisi "İlin gəmisi" elan edilib

Niderlandın “Neptune Marine” şirkətinin ikimühərrikli RoRo yelkənli “Canopée” gəmisi “2023-cü ilin gəmisi” mükafatına layiq görülüb.

“Seanews.az” xəbər verir ki, qalibin adı Rotterdamda “Europort 2023” dəniz ticarət sərgisinin açılışı ərəfəsində keçirilən “Maritime Awards” qala konsertində elan edilib.

“Canopee” küləklə işləyən ilk hibrid yük gəmisidir. Uzunluğu 121, eni 22 metr olan RoRo gəmisində dizel mühərriki və külək dəstəyinin birləşməsi sənaye gəmiçiliyinin dekarbonizasiyasında əsl sıçrayış hesab olunur.

Fransanın “AYRO” şirkəti tərəfindən hazırlanmış və istehsal edilmiş avtomatlaşdırılmış dörd yelkən sayəsində gəmi yanacaq sərfiyyatını orta hesabla 30% azaltmağa qadirdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır