A komandası “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika yarışında iştirak
Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliğidir. Yarışa Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsindən hər birində 6 əsas və 2 ehtiyat iştirakçı olmaqla bir komanda qatılıb. Oyun 3 turdan ibarət olub. Qaliblər Heydər Əliyev Mərkəzi tərəfindən mükafatlandırılıb. Hər il ənənəvi olaraq iştirakçı qismində çıxış edən Azərbaycan Dövlət Dəniz Akademiyasını təmsil edən komanda ötən illə müqayisədə daha yüksək nəticə göstərib. Belə ki, ADDA 44 ali təhsil müəssisəsi arasında 14-cü yerə layiq görülüb.