Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-21,
Seanews
Heyder Eliyev

anın 6 rekord

Kosmosdan baxanda dünyanın böyük bir hissəsinin su ilə örtüldüyü daha da aydın görünür. Ən böyük və dərin okean olan Sakit Okeandan, ən kiçik və dayaz Antarktika Okeanına qədər, Yer kürəsi üzərindəki okeanların hələ yalnız 10 faizi kəşf edilib. Bu sirli nəhəng su kütlələrinin çox sayda rekordçusu var. Ən böyük məməli heyvan Okean rekordçularının ən böyüyü olan mavi balina, eyni zamanda, yaşamaqda olan ən iri heyvandır. Ən böyük dinozavrlardan da daha böyük olan mavi balinaların çəkisi 200 tona yaxındır. Onların uzunluğu isə 30 metrə çata bilər. Bu, təxminən, arxa-arxaya duran üç avtobusun ümumi uzunluğuna bərabərdir. Bu nəhəng canlının daxilində isə daha bir rekord göstərici mövcuddur. Kanadanın Newfoundland şəhərində özünü quruya vurub atan mavi balinanın ürəyinin çəkisi 180 kiloya bərabər olub. Ən böyük dalğa Suyun üzərində okeanın qabarması ilə küləyin bir araya gəlməsi nəticəsində dalğalar yaranır. Dalğaların hündürlüyü isə küləyin sürəti və dalğanın keçdiyi məsafə kimi amillərdən asılıdır. Şimali Atlantikada 2002-ci ildə bir gəmi tərəfindən aşkar edilmiş 29 metrlik dalğa ən hündür dalğa kimi qeydə alınıb. Dalğa sörfü sahəsində isə rekorda Garrett McNamara sahibdir. Havayi-dən olan sörfçü 2011 ildə Portuqaliyada 23.77 m nəticə ilə bu rekorda imza atıb. Məməli heyvanın etdiyi ən uzun köç Afrikadakı böyük antilop köçü zamanı 3 min kilometrlik məsafə qət edilir. Şimali Amerikadakı qərib (şimal) maralları da ildə qət etdikləri 5 min kilometrlik məsafə ilə bu sahədə söz sahibidir. Amma boz balinalar üçün sadalanan məsafələr sanki “parkda gəzinti” deməkdir. Alimlərin müəyyən etdiyinə görə, boz balinalar kürü tökmək üçün Rusiyanın şərq sahilindən Meksikaya qədər və geri üzərkən 22,5 min kilometr məsafə qət etməli olurlar.  Yaşayan ən yaşlı məməli Məməlilər, quşlar, balıqlar və sürünənlər kimi onurğalı heyvanlarda, eynilə insanda olduğu kimi, onurğa mövcuddur. Ən uzun ömür yaşayan onurğalı, Şimali Atlantika və Şimal Buzlu okeanlarda rast gəlinən Qrenlandiya köpəkbalığıdır.  Ötən il aparılmış radiokarbon analizi həmin köpəkbalığının yaşının 272-512 arası olduğunu müəyyənləşdirib. Bu isə sözügedən canlının 1500 – 1700 illərin ortası arasında doğulduğunu təsdiq edir. Ən sürətli üzən heyvan Dünyanın ən məşhur üzgüçülərindən olan ABŞ Olimpiya rekordçusu Michael Phelps öz rekordlarına orta hesabla saatda təxminən 8 km sürətlə üzərək nail olub. Ancaq suda sürətlə üzənlər arasında birinci yeri tutan yelkən balığıdır. Bir ara güman edilirdi ki, bu balıqlar qısa məsafəyə saatda 110km sürətlə üzür, lakin son araşdırmalara görə, həmin balıqların suda hərəkət sürəti saatda 40km-ə yaxındır. Lakin bu da, son hədd deyil. Qara Marlin adlı balıqlar suda saatda 129 km sürətlə hərəkət edərək, bu sahənin şəriksiz lideri sayılır. Ən dərinə dalan məməli Okeanın ən dərin qatına dalmaq sahəsində şübhəsiz rekordçu Cuvier dimdikburun balinasıdır. Bu yaxınlarda alimlər həmin balinaların 2992 metr dərinliyə daldığını təsdiq ediblər. Bunun üçün Cuvier balinası 138 dəqiqə ərzində nəfəssiz qalmalıdır ki, bu da  özlüyündə rekord sayılır.  İnsanlar arasında isə suya sərbəst dalma sahəsində 214 metrlik rekordla ən dərin nöqtəyə çatan dalğıc Herbert Nitsch sayılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır