Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

İndoneziya adaları

İndoneziya 5120x1760 kilometr ərazisi olan dünyanın ən böyük arxipelaqıdır. Müxtəlif məlumatlara görə, onun tərkibinə 13 mindən 17 minədək ada daxildir və onların yalnız 9 mindən çoxunun adı var. Dünya onlardan bəzilərini tanıyır: Yava, Bali, Kalimantan, Sumatra və Komodo.

Bu  yazıda onların bir neçəsinə səyahət edəcəyik. 

Bali adası unikal coğrafi mövqeyə malikdir. Onun cənub sahillərini Hind okeanı, şimalını Sakit okeanın tərkibinə daxil olan Bali dənizi yuyur. Burada çimərliklər və vulkanlar var, bitki aləmi dörd meşə növü ilə təmsil olunub, banan ağacı müqəddəs sayılır, çoxsaylı fauna nümunələri arasında isə Beynəlxalq Qırmızı Kitaba daxil edilmiş “Karstama balicum” nadir mağara yengəci xüsusi diqqətə layiqdir. Adanın qeyri-adi Satonda vulkanı 3 min əvvəl eyniadlı vulkanın püskürməsi nəticəsində yaranıb. Akvatoriyada çox gözəl mərcan qayaları var, qonşu adalarla birlikdə isə milli dəniz təbiət parkı yaradılıb. Adanın mərkəzində həddindən artıq duzlu suyu olan göl mövcuddur: burada duzun miqdarı okeandakı analoji göstəricidən də çoxdur. Hesab edilir ki, bu suyun mənbəyi 10 min ildən çox yaşı olan qədim vulkan kraterləridir.

Nəhayət, Komodo adasına gəlirik. Bu ada ən iriləri sırasına daxil olmasa da, öz təbiəti ilə məşhurdur. Komodonun sahəsi 390 kvadrat kilometrdir və adada 2 mindən çox insan yaşayır. XIX əsrin ortalarından XX əvvəlinədək qonşuluqdakı Flores adası Niderlandın idarəçiliyi altında olub, lakin ilk avropalı adaya yalnız 1910-cu ildə ayaq basıb.

Adanın yaxınlığında üzərkən holland dənizçilər Floresə “canlı əjdahalar” haqqında nağıllarla qayıdırdılar. Guya onlar sahildə gördükləri yeddi metr uzunluğunda olan və alov nəfəsi olan bu canlıya yaxınlaşmağa qorxublar. Bu hekayələr müstəmləkənin başçısı leytenant Jak Karel Anri van Steyn van Hensbruku maraqlandırıb və o, sərəncamında olan silahlı əsgərlərlə Komodonu araşdırmağa başlayıb.

Ekspedisiya dənizdə bir canlı yaxalayıb və dənizçilər onu əjdaha hesab ediblər. “Komodo kərtənkələsi” adlanan bu canlını Yava adasında bioloqlar diqqətlə öyrəniblər. Onların vəhşi təbiətdə çox az qaldığını nəzərə alan Niderland hökuməti kərtənkələlərin qorunması haqqında qanun qəbul edib. Planetin bu ən nəhəng kərtənkələsinin uzunluğu 3 metr, çəkisi isə 90 kiloqramdır. O, siçovullardan tutmuş atlara qədər bütün ölçülərdə olan heyvanları ovlayır, pusquda duraraq onları uzun quyruğu ilə yaxalayır və iti dişləri ilə parçalara ayırır. Lakin holland dənizçilərinin dedikləri kimi, kərtənkələnin ağzından alov çıxmır. 1980-ci ildə onların mühafizə edilməsi məqsədilə milli park yaradılıb. Turistlər burada kərtənkələlərə baxmaqla yanaşı, həm də təbiətin gözəl mənzərəsini seyr edirlər.

Burada dünyada cəmi yeddi bənzəri olan nadir çəhrayı rəngli çimərlik var. Qumlara qeyri-adi rəng verən isə kiçicik birhüceyrəlilər olan və mərcanqulu nümunələri ətrafa səpələnmiş foraminiferlərdir.

1991-ci ildə Komodo Milli Parkı UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Burada iqlimin və coğrafi məkanın heyrətamiz vəhdəti unikal landşaft və ekosistem yaradıb. Lakin İndoneziya hökumətinin flora və faunanın mühafizəsi məqsədilə adanın turistlərə bağlanılması planını elan etməsi təbiətsevənlər üçün kədərli xəbər olub. Bu ideyanın çoxlu əleyhdarı var, hər şeydən əvvəl, yerli sakinlər işsiz qalacaqlar. İnsanlar bunun əvəzinə təklif edirlər ki, Komodoya səyahəti məhdudlaşdırmaq üçün onu pullu etsinlər.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır