Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-10,
Seanews
Heyder Eliyev

Qazaxıstan Şimalı Aralın bərpası prosesini sürətləndirib

Şimali Aral dənizində suyun həcminin artırılması istiqamətində işlər davam etdirilir.

AZƏRTAC Qazaxıstanın Su Təsərrüfatı və İrriqasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2023-cü ildən bu günədək Şimali Aralda suyun həcmi artaraq 24,1 milyard kubmetrə çatıb. Bu müddət ərzində dənizə 5 milyard kubmetr su doldurulub.

Şimali Aral dənizinin həcminin artırılması baxımından su ehtiyatlarının idarə edilməsi sisteminin inkişafı Konsepsiyasının məqsədli göstəricilərinə nail olunması üzrə aparılan işlər qrafiki qabaqlayır.

Konsepsiyaya əsasən, 2025-ci ildə dənizdəki suyun həcminin 20,6 milyard kubmetrə çatdırılması planlaşdırılırdı. İlkin plan 2030-cu ildə Şimali Aral dənizinin həcminin 27 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Cari göstəricilərə 2029-cu ildə nail olunması nəzərdə tutulurdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır