Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-10,
Seanews
Heyder Eliyev

“Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Kəlbəcər” tankerinin istismara verilməsindən dörd il ötür.

Ötən dövr ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib. Bu səfərlər çərçivəsində tankerlə 384,443 (üç yüz səksən dörd min dörd yüz qırx üç) ton neft və neft məhsulu daşınıb.

Hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7,800 ton, uzunluğu 141, eni 16.9 metrdir.

ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan “Kəlbəcər” 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Onu da əlavə edək ki, ümumilikdə indiyədək BGZ-də ASCO üçün dörd tanker tikilib və təhvil verilib, daha üç tankerin inşası isə hazırda davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır