Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-11,
Seanews
Heyder Eliyev

"Ningbo Ocean Shipping" Asiya bazarındakı mövqeyini gücləndirir

"Ningbo Ocean Shipping" Asiya bazarındakı mövqeyini gücləndirmək məqsədilə Sinqapurda gəmi sahibliyi üzrə fəaliyyətə başlayır. Şirkət burada iki yeni ofis açmağı və ümumilikdə səkkiz yeni konteyner gəmisini idarəyə götürməyi planlaşdırır.

"Seanews.az" xəbər verir ki, yeni ofislərdən biri 2 700 TEU tutumlu dörd konteyner gəmisinin inşasına investisiya yatıracaq. Bu layihənin dəyəri 1,19 milyard yuan (167 milyon ABŞ dolları) təşkil edir. Digər ofis isə 4 300 TEU tutumlu dörd konteyner gəmisinin tikintisinə 1,7 milyard yuan həcmində vəsait ayıracaq. Hər iki ofis gəmiçilik, çarter və gəmi idarəçiliyi xidmətləri ilə məşğul olacaq.

Şirkətin açıqlamasında bildirilir:“Bu investisiya şirkətin dəyərləndirməsindən keçib və gəmiqayırma ilə bağlı investisiya planlarına uyğundur. Layihə şirkətin əsas gəmiçilik biznesinin optimallaşdırılmasına və gücləndirilməsinə kömək edəcək, nəticədə onun əsas rəqabət qabiliyyətini daha da artıracaq.”

Açıqlamada həmçinin qeyd olunub:“Bundan əlavə, Sinqapurun beynəlxalq gəmiçilik mərkəzi kimi üstünlüklərindən – dənizçilik resursları, dəstək xidmətləri və coğrafi mövqeyindən istifadə etməklə şirkət beynəlxalq bazarla əlaqələri və əməkdaşlığı gücləndirəcək. Bu isə qlobal rəqabət qabiliyyətini və xidmət imkanlarını yüksəldəcək.”

Hazırda "Ningbo Ocean Shipping" 98 konteyner gəmisindən ibarət donanmaya sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır