Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Mebel istehsalçısı pandemiya zamanı yüksək tələbat və artan yükdaşıma tariflərinə görə inşa etdiyi konteyner gəmisini satıb

Ninbo və Hoşimində fabrikləri olan Çinin mebel istehsalçısı “Loctek” pandemiya zamanı yüksək tələbat və artan yükdaşıma tarifləri fonunda inşa etdiyi konteyner gəmisini satıb.

“Seanews.az”-ın “The Loadstar”-a istinadən verdiyi xəbərə görə, konteyner gəmisinin dəyəri o zaman 32,8 milyon dollar təşkil edib. Çinin “Huanghai Shipbuilding” tərsanəsində tikilən gəmi 2023-cü ildə istismara verilib.

Gəminin adı əvvəlcə "Lecangs Dolphin" idi. 2023-cü ilin aprel ayında gəmi “CMA CGM” tərəfindən 6 ay müddətinə gündəlik 16 000 dollara icarəyə götürüldü. “Loctek” əvvəlcə konteyner gəmisinin törəmə şirkəti “Lecangs LLC” tərəfindən idarə ediləcəyini və məhsulları ABŞ-a daşıyacağını söylədi.

Nəşr yazır: “O zaman ekspertlər şübhə ilə deyirdilər ki, gəmi sahibi kimi “Loctek”-in rəhbərliyi riskləri başa düşmür və vəziyyətə instinktiv reaksiya verir, çünki konteyner daşıma bazarının sabitləşməsi qaçılmaz idi”.

Oktyabr ayında “Loctek” “Lecangs Dolphin”-i 31 milyon dollara Yunanıstanın “Minerva Marine” şirkətinə satdı və gəminin adını “Little Dolphin” qoydu.

Bu ayın əvvəlində konteyner gəmisi “TS Lines” tərəfindən altı ay müddətinə gündəlik 25 000 dollara icarəyə götürülüb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır