Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-31,
Seanews
Heyder Eliyev

Qazaxıstanın gəmiqayırma zavodunda ilk dəfə dəniz platformaları tikiləcək

“Kalamkas-Xəzər Operating” MMC və Dövlət Ekspertiza Müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Korabel.ru” “KazMunayQaz”-a istinadən xəbər verir ki, imzalanma mərasimində Qazaxıstan Respublikasının Sənaye və Tikinti Nazirliyinin, “KazMunayQaz” SC və “Lukoil” SC-nin nümayəndələri iştirak ediblər.

"Kalamkas - dəniz - Xəzər" Qazaxıstanın ən böyük və texnoloji cəhətdən mürəkkəb tikinti layihələrindən biridir. Layihəyə dənizdə buza davamlı iki sabit platformanın, quruda texnoloji kompleksin və platformaları sahil infrastrukturu ilə birləşdirən dəniz xətti obyektlərin tikintisi daxildir.

Layihənin mühüm cəhətlərindən biri də odur ki, dəniz platformalarının tikintisi ilk dəfə Qazaxıstanın gəmiqayırma zavodunda həyata keçiriləcək. Hazırda layihə sənədlərinin (“FEED” mərhələsi, “Front End Engineering Design”) beynəlxalq standartlara uyğun hazırlanması, sonradan Qazaxıstanın qanunvericilik və texniki tələblərinə uyğunlaşdırılması davam etdirilir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır