Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-31,
Seanews
Heyder Eliyev

ABŞ-nin limanlarında Çin mallarının qaçaqmalçılığı sxemi aşkar edilib

ABŞ-nin Los-Anceles və Lonq-Biç limanlarında 130 milyon dollar dəyərində Çin mallarının qaçaqmalçılıq yolu ilə keçirilməsi sxemi üzə çıxıb. Logistika və nəqliyyat şirkətlərinin rəhbərləri, anbar sahibləri və yük maşınlarının sürücüləri cinayətkar əməldə təqsirli biliniblər.

“Seanews.az” xəbər verir ki, ümumilikdə iş üzrə 8 nəfər həbs edilib və onlara qarşı ittiham irəli sürülüb. Bir nəfər isə axtarışa verilib.

Cinayətkarlar konteynerləri limanlardan ortaqlarının nəzarətində olan anbarlara daşıyıblar. Onların obyektlərində plombları sındırıb, qabları açıb, malları çıxarıblar. Cinayətkarlar daha sonra konteynerləri başqa şeylə doldurub və onların açıldığını gizlətmək üçün saxta möhür vurublar. Bundan sonra konteynerlər yoxlama yerinə – gömrük və sərhəd nəzarəti məntəqələrinə çatdırılıb.

Cinayətkarlar 2023-cü ilin avqustundan 2024-cü ilin iyununa qədər fəaliyyət göstəriblər. Yoxlamaların birində dələduzluq faktı aşkarlanıb. İttihama görə, 2024-cü ilin yayında cinayətkarların istifadə etdiyi anbarlardan yalnız birində aparılan axtarış zamanı 20 milyon dollar dəyərində mallar – ayaqqabılar, ətirlər, bahalı çantalar, geyimlər və saatlar götürülüb.

Ümumilikdə, ABŞ limanlarında qaçaqmalçılığın aşkarlanması üzrə bu və buna bənzər əməliyyatlar zamanı hüquq-mühafizə orqanları 1,3 milyard dollardan çox saxta mal ələ keçiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır