Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-31,
Seanews
Heyder Eliyev

ASCO ISO 37001 beynəlxalq standartı üzrə sertifikatın etibarlılığının yoxlanılmasına dair növbəti auditdən uğurla keçib

260 illik tarixə malik olan, 120-dən çox ölkədə fəaliyyət göstərən, dünyanın 30-dan çox akkreditasiya qurumu tərəfindən tanınan Böyük Britaniyanın Lloyd's Register (LRQA) beynəlxalq audit xidmətinin apardığı yoxlamaların nəticəsində ASCO-nun 2022-ci ildə layiq görüldüyü ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikatın etibarlılığı növbəti dəfə yoxlanılıb.

Belə ki, LRQA tərəfindən 2024-cü ilin 28-29 noyabr tarixlərində şirkətdə aralıq yoxlama həyata keçirilib. Yoxlamanın nəticələrinə əsasən, ASCO üzrə korrupsiyaya qarşı idarəetmə sisteminin ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə uyğun tətbiqinin davam etdirildiyi müəyyən olunub.

Qeyd edək ki, ASCO daxilində tətbiq olunan korrupsiyaya qarşı idarəetmə sistemi ISO 37001 - “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartına və bu sahə üzrə qüvvədə olan qanunvericiliyə uyğun olaraq formalaşdırılıb. Eyni zamanda, ASCO yarandığı dövrdən korrupsiyaya qarşı mübarizə sahəsində təsdiq etdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Qaydaları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə Korrupsiya ilə Mübarizəyə dair Təlimat”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinə və daxili araşdırmaların aparılmasına dair Təlimat” və “Biznes Etikası Məcəlləsi”nin, o cümlədən digər aidiyyəti daxili sənədlərin tələblərinə uyğun fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır