Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-30,
Seanews
Heyder Eliyev

Banqladeş təkrar emal bazarında liderliyini itirə bilər

Qlobal bazarda gəmilərin təkrar emalı rekord dərəcədə aşağı səviyyədədir. Beləliklə, 2024-cü ildə Banqladeşdə ümumi tonajı 968 min registr ton olan 144 gəmi ləğv edilib ki, bu da 2005-ci ildən bəri ən aşağı göstəricidir.

“Seanews.az” “Maritime Executive”-ya “istinadən xəbər verir ki, əvvəllər Banqladeş ildə orta hesabla təxminən 2 milyon ton metal qırıntısı emal edirdi. 2021-ci ildə, ölkənin gəmisökmə zavodları rekord həcmdə - ümumi tutumu 2,73 milyon registr ton olan 280 gəmini utilizasiya etmişdi.

Lakin 2022-ci ildə Banqladeşdə təkrar emal həcmi kəskin şəkildə - 1,14 milyon tonadək aşağı düşdü.

Bundan əlavə, dünyada təkrar emal qiymətləri 2024-cü ildə əhəmiyyətli dərəcədə azaldı, birinci rübdə 600 ABŞ dolları/LDT (təmiz metalın hər tonu üçün) səviyyəsindən dekabrın sonunadək 450 dollar/LDT-ə düşdü. Bazar qeyri-müəyyənliyi Cənubi Asiyada bir çox təkrar emal müəssisələrinin müvəqqəti bağlanması ilə nəticələnib.

Banqladeşin təkrar emal bazarında rəqibi Hindistan Konvensiyanın tələblərinə uyğun fəaliyyət göstərən 120 “yaşıl” gəmisökmə müəssisəsinin yaradılması üçün 100 milyon dollar xərcləyib. Banqladeşdə isə son 10 ildə cəmi 5 “yaşıl” tərsanə yaradılıb ki, bu da Hindistanla rəqabət aparmaq üçün kifayət deyil.

“Care Edge”-in məlumatlarına görə, hazırda Banqladeşin təkrar emal bazarı dünyanın ümumi tonajının 46%-ni təşkil edir. Hindistan 33 faizlə ikinci yerdədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır