Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-31,
Seanews
Heyder Eliyev

Ninbo şəhərində su nəqliyyatı avadanlıqları üçün Texnoloji İnnovasiya Mərkəzi yaradılır

Ninbo şəhər administrasiyası (Zhejiang əyaləti, Çin) və Ninbo Yüksək Texnologiyalar Sənayesi Zonasının İdarəetmə Komitəsi elm, texnologiya və onların praktik tətbiqini birləşdirəcək mərkəzin birgə qurulması üçün Çin Təsnifat Cəmiyyəti (“CCS”) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə “Sinxua” xəbər agentliyi Çinin “Science and Technology Daily” nəşrinə istinadən məlumat yayıb.

Müqaviləyə əsasən, tərəflər fundamental texnoloji tədqiqatlara, elmi nailiyyətlərin tətbiqinə və su nəqliyyatı avadanlığı sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına kömək edəcəklər. Həmçinin su nəqliyyatı avadanlıqlarının sınaqdan keçirilməsi və yoxlanılması üçün kompleks platforma yaradılacaq.

Əməkdaşlıq dərin dəniz və qütb kəşfiyyatı, ağıllı və yaşıl gəmiçilik, yüksək texnologiyalı gəmilər, dəniz mühəndisliyi avadanlıqları, gəmiqayırma və gəmi təmiri üçün yeni materiallar kimi sahələrdə innovasiya ehtiyaclarını qarşılamağa yönəldiləcək.

Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyinin nəzdində “CCS” müvafiq yoxlamaları həyata keçirmək üçün müstəqil üçüncü tərəf kimi çıxış edərək, gəmilər, dəniz obyektləri, konteynerlər və əlaqədar sənaye məhsulları üçün beynəlxalq səviyyəli texniki təftiş və standartlar təqdim edir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır