Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

2025-ci ilin yanvar-fevral aylarında Hamina-Kotka limanının yük dövriyyəsi artıb

2025-ci ilin yanvar-fevral aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7% artaraq 2,4 milyon ton təşkil edib.

“Seanews.az” “portnews ru”-ya istinadən xəbər verir ki, hesabat dövründə ixrac yüklərinin aşırılması 11,4% artaraq 1,74 milyon ton, idxal olunan yüklərin aşırılması 2,5% azalaraq 667,85 min ton olub.

Tranzit aşırılma 47,8% artaraq 672,87 min tona, kabotaj yüklərinin işlənməsi 11,4% artaraq 3,35 min tona çatıb.

Limanın konteyner dövriyyəsi 110,37 min TEU təşkil edib ki, bu da 1,1% az deməkdir.

Hesabat dövründə Hamina-Kotka limanına 3,1% çox, başqa sözlə  367 gəmi yan alıb.

Qeyd edək ki, 2024-cü ildə limanın yük dövriyyəsi 13 milyon ton təşkil edib.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır