Kəlkütə limanında gəmiqayırma zavodu inşa ediləcək
Hindistanın gəmiqayırma və gəmi təmiri şirkəti “Mandovi Drydocks” və stividor şirkəti “Ripley Stevedoring and Shore Handling” (“Ripley Group”-a daxildir) Kəlkütə limanında tərsanə tikmək üçün birgə müəssisə yaradıblar.
“Seanews.az” xəbər verir ki, bu barədə “ET İnfra” nəşri məlumat yayıb.
Tenderdən sonra birgə müəssisə Kəlkütə limanında təxminən 49 hektar torpaq sahəsindən 30 illik istifadə üçün icazə alıb. İlkin mərhələdə layihəyə təxminən 22,9 milyon dollar sərmayə qoyulacaq. Tərsanənin gücünün “Panamax” ölçülü gəmilərin tikintisi mümkün olana qədər artırmaq nəzərdə tutulur.
Ekspertlərin hesablamalarına görə, layihənin tam həyata keçirilməsi üçün 229,4 milyon ABŞ dolları vəsait lazım gələcək. Layihə Hindistan hökumətinin ölkənin gəmiqayırma sənayesinin potensialını genişləndirmək planlarına uyğun gerçəkləşdiriləcək.
Qeyd edək ki, 2024-cü ildə “Cochin Shipyard” şirkəti Koçin limanında beynəlxalq gəmi təmiri zavodunu açıb. Bundan əvvəl Hindistan hökuməti ölkənin gəmiqayırma və gəmi təmiri müəssisələrinə uzunmüddətli maliyyə yardımı göstərmək məqsədilə dəniz sektorunun inkişafı üçün 2,9 milyard dollar məbləğində xüsusi fond yaratmaq planlarını açıqlamışdı.