Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

“DSIC” irihəcmli yüklərin daşınması üçün gəmi inşa edəcək

“CSSC”-nin törəmə şirkəti “Dalian Shipbuilding Industry” (“DSIC”) 2025-ci ildə ilk müqaviləsini Yaponiyanın “NYK Bulk & Projects Carriers” daşıyıcısı ilə bağlayıb. “NYK Bulk & Projects Carriers” gəmiçilik şirkəti üçün dedveyti 33 000 ton olan bir gəmi inşa edəcək.

“Seanews.az” bu barədə “Xinde Marine News” nəşrinə istinadən məlumat yayıb.

Yaponiyanın “ClassNK” cəmiyyətinin tələblərinə uyğun tikiləcək gəmi Panama bayrağı altında qeydiyyatdan keçəcək. O, irihəcmli layihə yüklərinin, modul konstruksiyaların və digər ağır yüklərin daşınması üçün nəzərdə tutulub.

Layihəsi Şanxay Gəmiqayırma və Tədqiqat İnstitutu (“SDARI”, “CSSC”-yə daxildir) tərəfindən hazırlanan gəminin 2027-ci ildə sifarişçiyə təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “NYK Bulk & Projects Carriers” şirkəti Yaponiyanın ağır və layihə yükləri daşıyan donanmasının yeganə operatorudur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır