Amsterdamda avqustda yelkən festivalı keçiriləcək
Bu il Yelkən festivalı Amsterdamda, 20-24 avqust tarixlərində keçiriləcək.
“Seanews.az” xəbər verir ki, Ey çayı boyunca müxtəlif ölkələrin 800-dən çox gəmisi üzəcək. Lakin festivalın təşkilatçıları Rusiya gəmilərini tədbirə buraxmamaq qərarına gəliblər.
Yelkən festivalı dünyanın hər yerindən yelkənli gəmilərin iştirak etdiyi ən böyük dəniz tədbiridir. Gəmilərin bu irimiqyaslı paradı 1975-ci ildən bəri hər beş ildən bir keçirilir. Sonuncu dəfə festival 2015-ci ildə Niderlandın paytaxtında keçirilib. 2020-ci ildə isə tədbir koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır