Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-06,
Seanews
Heyder Eliyev

“Maersk” etanol əsaslı alternativ yanacaq sınaqlarını genişləndirir

“Maersk” şirkəti metanolla etanolun qarışığından hazırlanmış alternativ yanacaq üzrə ilk uğurlu sınağı tamamlayıb.  Seanews.az xəbər verir ki,  şirkət etanolun daha yüksək nisbətdə tətbiqi və tam etanol (100 faiz) ilə işləmə sınaqlarına başlamağı planlaşdırır. Məqsəd dual-rejimli (iki yanacaqla işləyən) gəmilər üçün yanacaq çeşidlərini artırmaq və dekarbonizasiya prosesini sürətləndirməkdir.

Sınaqlar Baltik dənizində istismar olunan 32 600 ton yükgötürmə qabiliyyətli “Laura Maersk” feeder tipli gəmisində aparılıb. Oktyabr ayında tətbiq edilən E10 qarışığı (10 faiz etanol, 90 faiz metanol) təxminən bir ay müddətində istifadə olunub və mühərrik performansında dəyişiklik qeydə alınmayıb.

Uğurlu nəticədən sonra “Maersk” E50 (50 faiz etanol, 50 faiz metanol) qarışığını, daha sonra isə tam etanol yanacağını sınaqdan keçirəcək.

Hazırda şirkətin 19 dual-rejimli gəmisi fəaliyyət göstərir. “Maersk” yaxın illərdə bio- və e-metanol, biodizel və maye təbii qaz (LNG) üçün biometan kimi aşağı emissiyalı yanacaq növlərindən istifadəsini genişləndirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır