AZCON Holding-ə daxil olan qurumların SƏTƏMM rəhbərlərinin növbəti görüşü ASCO-da keçirilib
AZCON Holding-ə daxil olan qurumların SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) rəhbərlərinin növbəti görüşü təşkil olunub.
ASCO-nun Dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktoru Ələkbər Əzizli qonaqlara şirkətin KSƏTƏMM siyasəti, həmçinin emissiyaların azaldılması strategiyası barədə geniş təqdimatla çıxış edib.
AZCON Holding-in SƏTƏMM şöbəsinin rəhbəri Samir Əliyev əvvəlki görüşdə səsləndirilmiş təkliflərin icra vəziyyəti haqqında məlumat verib və vahid yanaşma əsasında mərkəzləşdirilmiş idarəetmənin əhəmiyyətini vurğulayıb.
Daha sonra ASCO-nun KSƏTƏMM departamentinin rəisi Rüstəm Ağayev müəssisələrlə iş mexanizmləri barədə təqdimat edib.
Görüşün sonunda iştirakçılar Böhran Qrupu otağı ilə də yaxından tanış olublar.
Qeyd edək ki, tədbirin əsas məqsədi əmək və istehsalat təhlükəsizliyi, ekologiya istiqamətində mövcud çağırışların müzakirəsi, təcrübə mübadiləsi və birgə inkişaf təşəbbüslərinin formalaşdırılmasından ibarətdir.














