Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-05,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələr üçün İT olimpiadalarına hazırlıq mövzusunda infosessiya keçirildi

Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici infosessiya təşkil olunub.

Akademiyanın əsas binasında keçirilən tədbir “Tələbələrin İT olimpiadalarına hazırlanması və məlumatlandırılması” mövzusuna həsr edilib. Infosessiyanı “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov açaraq iştirakçıları salamlayıb və İRİA rəhbərliyinə təşəkkürünü bildirib.

İRİA-nın şöbə müdiri Hafiz Tofidi çıxışında tələbələrə İT olimpiadalarına hazırlıq prosesi, ölkəmizin bu sahədə nəticələri və azərbaycanlı tələbələrin IOI və ICPC olimpiadalarındakı uğurları barədə məlumat verib. O, informasiya texnologiyalarının sürətli inkişafının tələbələrdə nəzəri biliklərlə yanaşı praktiki bacarıqların formalaşdırılmasını zəruri etdiyini vurğulayıb.

Tədbir interaktiv müzakirə ilə davam edib, suallar cavablandırılıb və İRİA tərəfindən yaxın dövrdə keçiriləcək digər tədbirlər barədə məlumat verilib. Tələbələr üçün qeydiyyat linkləri təqdim olunub.

Sonda iştirakçıların biliklərini qiymətləndirmək məqsədilə TechQuiz keçirilib və qaliblər İRİA-nın hədiyyələri ilə mükafatlandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır