Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Xəzərin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə ETSN-də görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, “Azərsu” ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, “Azersun Holding” MMC, SOCAR-ın Ekologiya İdarəsi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Siyəzən Broyler”, “Səba” ASC, Qafqaz Konserv zavodu, Bakı Qida və Yağ fabriki, “Azər Yod” MMC, “Yalama Xəzər” Turist bazası, “Lotos”, “Malibu”, “Meşəbəyi”, “Xəzər Palace”, “SunSet”, “Ülfət” və s. idarə, müəssisə və iaşə obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb. 

Görüşdə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması mövzusunda Nazirliyin əməkdaşları tərəfindən təqdimat olunub, dənizə mənfi təsirlərin minimuma endirilməsi üçün tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib. 

Xəzərin çirklənməsinin qarşısının alınması üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, sahibkarların üzləşdikləri çətinliklərin təhlilində ETSN-nin maraqlı olduğu diqqətə çatdırılıb. Xəzəri çirkləndirən obyekt, müəssisə və təşkilatların fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurması, texnoloji yeniliklərin tətbiqi istiqamətində maraqlı və məsul tərəflərlə sıx əməkdaşlıq edilməsi üçün təkliflər və tövsiyələr verilib, qarşılıqlı razılaşma əldə olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır