Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Gəmidə şəxsi gigiyena qaydaları və sağlamlıq

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir.

Ümumdünya Sağlamlıq Günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşı, Tibbi maarifləndirmə layihələrinin rəhbəri Adıgözəl Məmmədovun “Gəmidə şəxsi gigiyena qaydaları” barədə hazırladığı yazını təqdim edirik:

Təmizlik və səliqəyə diqqət həm də sağlamlıq üçün faydalıdır. Ona görə də dəriyə, saçlara, dırnaqlara, ağız boşluğuna və dişlərə düzgün qulluq, eləcə də paltar, dəsmal və digər şəxsi əşyaların təmiz saxlanılması olduqca vacibdir. Bu qayda hər kəs kimi, gəminin heyət üzvləri üçün də keçərlidir.

Gündəlik, xüsusilə isti günlərdə duş qəbulu kəsik və sıyrıntıların yaranması ehtimalını azaldır. Vanna qəbulundan sonra bədənin dəsmalla sərt şəkildə silinməsi tövsiyə olunur. Bu, qan dövranını stimullaşdırır, dərinin tonusunu yaxşılaşdırır, əhvali-ruhiyyəni yüksəldir.

Xüsusilə bir məqamı da qeyd etmək lazımdır ki, duş aldıqdan sonra təmiz paltar geymək lazımdır.

Yeməkdən sonra ağız boşluğu və dişlərə qulluq - diş ətləri xəstəlikləri, infeksiyalar və dişlərin kariyesinin önlənməsi üçün mühüm əhəmiyyətə malikdir. Dişlərin təmizlənməsindən əvvəl bütün diş protezlərini çıxarmaq (bu protezlərin daşıyıcısısınızsa) və bunları yumşaq lifli fırça ilə təmizləmək, sabun, ya da xüsusi məhlulla yumaq lazımdır. Kirli taxma protezlər salamat təbii dişlər üçün də böyük təhlükə yaradır. Bütün diş sırasını əvəz edən protezləri yeməkdən sonra, xüsusilə yatmazdan əvvəl vaxtaşırı təmizləmək lazımdır ki, qida qalıqları kənarlaşdırılsın, ağızdan pis qoxu gəlməsin.

Əllərin mütəmadi yuyulması da olduqca vacibdir. Bu, yoluxucu xəstəliklərin yayılmasının önlənməsində mühüm vasitədir.

Ümumilikdə, siz aşağıdakı hallarda hər zaman əllərinizi yumalısınız:

-      Tualetdən istifadə etdikdən sonra

-      Yeməkdən əvvəl və sonra

-      Zibili atdıqdan sonra

-      Əlləriniz bariz şəkildə çirkli olduqda

Yetərli yuxu da sağlamlıq, iş qabiliyyəti və müsbət əhval-ruhiyyənin saxlanması üçün önəmlidir. Nəzərə almaq lazımdır ki, yetərli yuxu bədəndə maddələr mübadiləsinin tənzimlənməsində, əzələlər, qaraciyər və dəridən artıq maddələrin və toksinlərin zərərsizləşdirilməsində birbaşa rol oynayır. Yuxu zamanı həzm sistemi istirahət edir və əsəb sistemində də yuxu halında bir sıra dəyişikliklər olur. Bu sistemin yenilənməsi və güclənməsi üçün zəruridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır