Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

İspaniya şirkəti Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edir

İspaniya Sənaye, Ticarət və Turizm Nazirliyi yanında İxrac və İnvestisiyalar Komitəsi öz portalında “İspaniya şirkəti Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda ilk üzən günəş elektrik stansiyası inşa edir” sərlövhəli məqalə yerləşdirib.

Məqalədə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatını şaxələndirmək məqsədi ilə alternativ enerji istehsalı sahəsində addımlar atmağa davam edir. Azərbaycan Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında Böyükşor gölündə fotoelektrik enerjisi istehsalı üçün təcrübi qurğunun tikintisi haqqında saziş bu baxımdan ən son nailiyyətlərdən biridir.

Üzən günəş elektrik stansiyasının tikintisi layihəsi 2018-ci ilin iyulunda elan edilib.

İspaniyanın fənlərarası, məsləhət, idarəçilik xidmətləri göstərilməsində ixtisaslaşan qlobal konsaltinq şirkəti “EQO-NIXUS” 2,6 milyon avro məbləğində müqavilə ötən ilin sentyabrında imzalanandan sonra bu layihənin həyata keçirilməsinə cavabdehdir. Asiya İnkişaf Bankının bəyanatında deyilir ki, bu məbləğ Azərbaycanla bərabər, Əfqanıstan və Qırğızıstan arasında bölüşdürüləcək. Həmin ölkələrdə də günəş elektrik stansiyaları tikiləcək. Bu ölkələrin hər birində layihənin icrası 2021-ci il üçün başa çatmalıdır. Bu zaman generasiya gücü 100 kilovata çatdırılmalıdır.

Bu elektrik stansiyası enerji təhlükəsizliyi məqsədinə xidmət edən Asiya İnkişaf Bankı üçün böyük maraq kəsb edən Azərbaycan ərazisində “təmiz energetika”nın inkişafına güclü təkandır.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır