Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

G-nin “Atlet-8” kran gəmisi əsaslı təmir ed

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-8” kran gəmisi əsaslı təmir olunub.  “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin sualtı və suüstü hissəsindəki yararsız hissələr  dəyişdirilib. Bundan başqa, kran gəmisinin baş və köməkçi mühərrikləri, nasosları, seperatorları, boru sistemləri, yaşayış otaqları, yeməkxanaları və sair yüksək keyfiyyətlə təmir olunub. Təmir başa çatdıqdan sonra gəminin mexanizm və elektrik avadanlıqlarının işləkliyinin yoxlanılması məqsədilə dəniz sınağı həyata keçirilib. Sınaq işləri uğurla başa çatdırılıb. Məlumat üçün bildiririk ki, 2×760 at gücünə malik mühərriklərlə təchiz olunmuş gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin digər kran gəmiləri kimi dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır