Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

10 min gəminin yoxlanılması planlaşdırılır

“Seanews.az” xəbər verir ki, sentyabrın 1-dən Paris və Tokio Memorandumu çərçivəsində gəmilərin dayanıqlığının öyrənilməsi üçün təftiş kampaniyasına start veriləcək.  Kampaniya  noyabrın 30-dək davam edəcək.

Üzv ölkələrin Liman Dövlət Nəzarəti Xidmətləri tərəfindən 10 min gəminin yoxlanılması planlaşdırılır.

Liman Dövlət Nəzarəti Xidmətlərinin müfəttişləri gəmilərdəki məlumat və avadanlıqların müvafiq konvensiyaların tələblərinə cavab verib-vermədiyini, kapitan və heyətin gəminin yırğalanmaya davamlığı ilə bağlı əməliyyatlarldan nə dərəcədə məlumatlı olduğunu qiymətləndirəcəklər. Avadanlıqların sazlığı və istismara yararlığı da nəzərdən keçiriləcək.

Yoxlama zamanı, gəmi yola düşməzdən əvvəl, səfərin bütün mərhələlərində və yük əməliyyatları bitdikdən sonra heyətin faktiki  vəziyyəti qiymətləndirmə qabiliyyətinin müəyyən edilməsi planlaşdırılır. Dənizçilər və gəmi sahibləri arasında limandan çıxarkən gəminin dayanıqlığının dəqiq hesablanmasının və təyin edilməsinin vacibliyi barədə məlumatlığı artıracaqlarına ümid edirlər. Bundan əlavə, yoxlama zamanı, gəminin Beynəlxalq Dəniz Təşkilatının (IMO) sənədlərində dayanıqlıq tələblərinə uyğunluğunu təsdiq etmək istəyirlər.

Bu kampaniya çərçivəsində hər bir gəmi yalnız bir dəfə yoxlanılacaq və yoxlamaların nəticələri təhlil edilərək Beynəlxalq Dəniz Təşkilatına təqdim ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır