Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

"PGNiG” şirkəti yeni tankerlərdən on il müddətində eksklüziv qaydada yenilənmə imkanı ilə istifadə edəcək

Polşanın "PGNiG” şirkəti dörd mayeləşdirilmiş təbii qaz tankeri üçün çarter müqaviləsi imzalayıb. 

“Seanews.az” xəbər verir ki, bu barədə "PGNiG” şirkətindən cümə axşamı yayılan məlumatda bildirilib.

"PGNiG” qrupu üçün tikiləcək dörd yeni gəminin 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur. Daşıyıcının bundan əvvəl icarəyə götürdüyü gəmilərə əlavə olaraq, yeni LNG qrupu səkkiz gəmidən ibarət olacaq. Mayeləşdirilmiş təbii qazın daşınması üçün ilk iki tanker gələn ilin əvvəlindən fəaliyyət göstərəcək.

Yeni tankerlərin hər birində təxminən 174 min kubmetr tutumlu çənlər olacaq. Polşa tərəfi onlardan on il müddətində eksklüziv qaydada yenilənmə imkanı ilə istifadə edəcək.

Əvvəlki çarter müqavilələrində olduğu kimi, gəmi sahibi gəmilərin təhvil verilməsinə, heyətinə və yaxşı texniki vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyacaq, kommersiya nəzarəti isə “PGNiG” şirkətinə həvalə olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır