Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Rio” superyaxtası ilk dəniz sınaqlarını uğurla başa vurub

“Rio”adlı yeni superyaxta  yanvar ayında suya buraxılmışdı və bu yaxınlarda ilk dəniz sınaqlarını uğurla başa vurub.  

“Seanews.az” xəbər verir ki, yaxtanın İtaliyanın Ankonadakı tərsanəsindən başlanan ilk sınaqları onun yüksək rahatlıq səviyyəsini və əla istismar keyfiyyətlərini təsdiqləyib.

Uzunluğu 62 metr və eni 11,2 metr olan yaxta 12 sərnişini qəbul edə bilər. Qonaqlar üçün əsas göyərtədə 2-si “VİP” olmaqla 5 kayut və aşağı göyərtədə daha bir kayut hazırlanıb.

İki “Caterpillar 3512C” mühərriki ilə təchiz edilən yaxta 15 knota qədər sürət yığa biləcək.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır