Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

“Samsung Heavy Industries” şirkəti üzən atom elektrik stansiyası üzərində işləyir

“Samsung Heavy Industries” şirkəti Danimarkanın “Seaborg” şirkəti ilə kompakt ərinmiş duz reaktoru (CMSR) texnologiyasına əsaslanan üzən nüvə enerjisi barjını hazırlamaq üzərində işləyir. Şirkətlər səmərəli enerji mənbəyi kimi üzən atom elektrik stansiyalarının gələcəkdə kommersiyalaşdırılmasına ümid edirlər.

“Seanews.az” xəbər verir ki, üzən AES-in generasiya gücü 200 MVt-dan 800 MVt-a qədər, istismar müddəti 24 il olacaq.

CMSR konsepsiyasının cəlbediciliyi texnologiyanın yüksək səmərəliliyi və təhlükəsizliyindədir. Fövqəladə vəziyyətdə nüvə yanacağı ərimiş duzla qarışdırılır, bu da soyuducu rolunu oynayır. Bu yanacağın əriməsinin və ya partlamasının qarşısını alır.

Barj ötürücü kabel vasitəsilə sahildəki elektrik şəbəkəsinə qoşulacaq.

Qeyd edilir ki, CSMR-lər karbon qazı buraxmadan səmərəli şəkildə elektrik enerjisi istehsal edə bilir. Onlar ənənəvi nüvə reaktorlarından qat-qat yığcamdır və nisbətən az enerji tələb edən müxtəlif layihələr üçün istifadə oluna bilər.

Xatırladaq ki, dünyada yeganə üzən atom elektrik stansiyası Rusiyada tikilib və uğurla fəaliyyət göstərir. "Akademik Lomonosov" üzən enerji bloku hər birinin elektrik gücü 35 MVt olan iki KLT-40S tipli reaktorla təchiz edilmişdir. AES-in elektrik enerjisi 70 MVt, istilik gücü 50 Qkal/saatdır. Uzunluğu 140 metr, eni 30 metr, yükgötürmə qabiliyyəti 21,5 min ton olan “Akademik Lomonosov” nüvə sualtı qayığının təxmini istismar müddəti 40 ildir.

“Samsung Heavy Industries” şirkəti 2021-ci ilin yayında üzən atom elektrik stansiyaları və nüvə gəmiləri bazarına çıxmaq niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır