Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

ABŞ-da “yararsız” gəmiləri vaxtından əvvəl siləcəklər

ABŞ-da gələn il 24 hərbi gəmini istismardan çıxarmaq istəyirlər və onların bəziləri vaxtından əvvəl “təqaüdə yola salınacaq”. Bu barədə “The Wall Street Journal” xəbər verir.

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, gəmilər növbəti beş il ərzində 3,6 milyard dollara qənaət etmək məqsədi ilə silinir. Nəşr bildirib ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin donanmanı genişləndirmək və xidmətdə olan bütün gəmiləri saxlamaq üçün resursları yoxdur.

Qeyd olunur ki, istismardan çıxarılan bəzi gəmilər, əslində, yararsızdır. Müəlliflər dayaz suda əməliyyatlar üçün nəzərdə tutulmuş sahilyanı fəaliyyət zonasının gəmilərini belə qiymətləndiriblər. Doqquz “yararsız” gəmidən biri heç iki il deyil istismara verilib.

İki kreyser də vaxtından əvvəl silinəcək - 2020-ci ildə onların mühərrikində problemlər yaranıb.

30 ildən əvvəl tikilmiş beş kreyseri də “istirahətə göndərmək” niyyətindədirlər. ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi hesab edir ki, bu gəmilər o qədər köhnəlib ki, onların istismarı artıq təhlükəlidir.

Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin bu yaxınlarda dərc edilmiş büdcəsində doqquz yeni gəminin alınması nəzərdə tutulur. Müəlliflər qeyd ediblər ki, 24 gəmini istismardan çıxarıb doqquz gəmi əldə etdikdən sonra hazırda 298 ədəd olan ABŞ donanmasının azalacağını başa düşmək üçün riyaziyyatçı olmaq lazım deyil. Bundan əlavə, azalmanın bununla da bitməyəcəyi və 2027-ci ilə qədər donanmanın 280 gəmidən ibarət olacağı proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır