Malakka boğazında konteyner gəmisi tankerlə toqquşub
Malakka boğazında “Aframax” tipli “Zephyr I” tankeri tutumu 7,4 min TEU olan “GLS Grania” konteyner gəmisi ilə toqquşub.
“Maritime Bulletin”in məlumatına görə, hər iki gəmi ciddi zədələnib və qəzadan sonra lövbərdə dayanıb.
Heyət üzvlərinin xəsarət alması və ya neftin dağılması barədə məlumat verilmir.
İlkin ehtimala görə, “Zephyr I” tankerinin mühərriki sıradan çıxandan sonra konteyner gəmisinin sağ tərəfinə çırpılıb.
Bitumla yüklənmiş tanker Çinə, konteyner gəmisi isə ABŞ-ın Savanna limanından Malayziyanın Tanjung-Pelepas limanına gedirmiş.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır