Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

Bu gün Beynəlxalq Dənizçi Qadınlar Günüdür - VİDEO

18 may Beynəlxalq Dənizçi Qadınlar Günüdür.

“Seanews.az” xəbər verir ki, bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Şurası tərəfindən qadınların işə qəbulu və səlahiyyətlərinin artırılması, habelə onlar üçün maneəsiz iş mühitini təşviq etmək məqsədilə 2021-ci ildə təsis edilib. 

Builki Beynəlxalq Dənizçi Qadınlar Günü “Təhlükəsiz üfüqlər:dəniz təhlükəsizliyinin gələcəyini formalaşdıran qadınlar" mövzusuna həsr olunub. 

Azərbaycanda gəmiçiliyin inkişafında zərif cinsin nümayəndələri bütün dövrlərdə böyük rol oynayıblar. Bu gün də qadınlar dənizçilik sahəsinə əhəmiyyətli töhfə verməkdə davam edirlər.

Biz isə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan qızlara "sizin üçün dənizçi olmaq nə deməkdir?" sualı ilə müraciət etdik. Onların cəsarəti seçdikləri peşədən bəlli olsa da, öz düşüncələri ilə bir daha təəccübləndirdilər. 

Tutduğu vəzifədən asılı olmayaraq taleyini dənizçiliklə bağlayan zərif cinsin nümayəndələrini bu gün münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Dənizçilik sektorunda çalışmış və dünyasını dəyişmiş xanımların hər birini isə minnətdarlıqla xatırlayırıq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır