Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

ık və Lyanyunqan limanları TBNM Assosiasiyasının assosiativ üzvlüyünə qəbul edilib

“Kurık limanı” Məhdud Məsuliyyətli Ortaqlıq (Qazaxıstan) və “Lianyungang Port Holdings Group” (Çin) “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasının assosiativ üzvlüyünə qəbul ediliblər. Assosiasiyaya yeni assosiativ üzvlərin qəbul edilməsi “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasının Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən ümumi yığıncağında qərara alınıb. Bu marşrutla cari ildə daşınan malların həcmi 725 min ton səviyyəsində müəyyən olunmuşdu. Ötən on ay ərzində artıq 1 milyon tondan çox yük daşınıb, ilin yekununda bu həcmin 1,3 milyon tondan az olmayacağı gözlənilir. Ümumi yığıncaqda 2018-ci ildə daşımaların planı – 15 min konteyner və 3,5 milyon ton yük daşınması təsdiq edilib. AZƏRTAC


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır